İRNA-nın şənbə günü verdiyi xəbərə görə, Səccad Ənuşirəvani Ərdəbil Əyaləti İdman və Gənclər Baş İdarəsinin rəhbəri Əkbər Vurudi ilə görüşündə Ərdəbil əyalətinin təchiz olunmuş ağırlıqqaldırma zalının avadanlıq və imkanları baxımından tutumuna toxunaraq deyib: “Ərdəbil əyalətinin ev sahibliyi ilə həm kişi, həm də qadın bölmələri və bütün yaş qrupları üzrə ölkə çempionatları “Hərəm Müdafiəçiləri” ağır atletika zalında keçiriləcək.
Ağır Atletika Federasiyasının rəhbəri bu yarışların iyulun 8-dən 18-dək 10 gün ərzində keçiriləcəyini bildirib.
İRNA-nın məlumatına görə, Ərdəbil əyaləti fərdi idman növləri, o cümlədən ağır atletika üzrə yüksək istedad və imkanlara malikdir.
Ötən illərdə Hüseyn_Rzazadə, Səccad_Ənuşirəvani və Səid_Əli_Hüseyni kimi tanınmış simalar rəngli medallar qazana biliblər.
Eyni zamanda, əyalətdə gənclər arasında yaxşı istedadlar var. Qarşıdakı illərdə Ərdəbil əyalətinin adı ağır atletika sahəsində yenə də dillərə düşəcək.
Sizin rəyiniz